17 mart 2026, 11:26

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini, iqtisad elmləri doktoru Ramil Hüseyn Bakı Dövlət Universitetində "Yaşıl enerji dəhlizləri; Azərbaycanın strateji baxışı" mövzusunda çıxış edib.

Universitetin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin İqtisadiyyat kafedrasının təşkilatçılığı ilə keçirilən elmi seminarda Ramil Hüseyn bildirib ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də respublikamızın “yaşıl artım” ölkəsinə çevrilməsi və bu çərçivədə yaşıl enerjiyə keçidin dəstəklənməsi, bərpa olunan enerji mənbələrindən istifadənin artırılması məsələləri əksini tapıb. Azərbaycanda 2030-cu ilə qədər 6 GW, 2032-ci ilə qədər isə 8 GW gücündə yaşıl enerji gücünün yardılması hədəflənir. O qeyd edib ki, Azərbaycanda istehsal olunacaq "yaşıl enerji"nin “Xəzər-Qara dəniz-Avropa”, “Azərbaycan-Türkiyə-Avropa”, “Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa” enerji dəhlizləri vasitəsilə ixrac edilməsi istiqamətində iş aparılır.

Seminarda iştirakçılar tərəfindən ünvanlanan suallar cavablandırılıb, elmi əsaslandırmalar və aktual iqtisadi tendensiyalar kontekstində geniş fikir mübadiləsi aparılıb.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az