03 noyabr 2018, 13:49

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Dünya Bankı ilə birgə təşkil olunan “Monitorinq və Qiymətləndirmə” mövzusunda təlim öz işini yekunlaşdırıb. Dünya Bankının monitorinq və qiymətləndirmə ekspertləri tərəfindən əsasən dövlət qurumlarının işçiləri üçün 3 gün ərzində aparılan təlimin iştirakçılarına sertifikatlar təqdim edilib. Sertifikatları İİTKM-in icraçı direktoru Vüsal Qasımlı təqdim edib.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az