20 noyabr 2019, 10:08

Nüfuzlu “Emerging Europe” portalı “Uğurlu islahatlar: Azərbaycan modeli” mövzusunda analitik material çap edib. Məqalədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan iqtisadi islahatlar modelindən bəhs olunub. Son dövrlərdə ölkənin iqtisadi göstəricilərinin davamlı yaxşılaşması, investisiya mühitinin inkişaf etdirilməsi üzrə aparılan kompleks islahatlar, qəbul edilmiş Strateji Yol Xəritələri, Dövlət-Biznes dialoqu platforması və Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın və onun  Azranking.az portalının yaradılması qeyd olunub. Analiz müəllifi Azərbaycanda aparılan bu iqtisadi islahatlar modelinin digər inkişaf etməkdə olan ölkələrdə də tətbiq edilə biləcəyini vurğulayıb. Məqalənin müəllifi Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin maliyyə analitiki Ayaz Museyibovdur.

 

“Emerging Europe” nəşrində məqalə ilə aşağıdakı linkdə tanış ola bilərsiniz:

https://emerging-europe.com/voices/carrying-out-successful-reforms-the-azerbaijan-model/

 


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az