13 iyul 2017, 14:38

Nyukasl Universitetinin nümayəndəsi Dr.Robert Nyuberi Azərbaycana səfəri çərçivəsində Azexport və Rəqəmsal Ticarət Qovşağı ilə tanış olduqdan sonra bu qənaətə gəlib ki, Azexportun təcrübəsi bir keys olaraq universitetdə tələbələrə tədris olunacaq. İngilis alimi  Azexportun dünyada e-ticarət sahəsində unikal imkan olduğunu qeyd edərək sahibkarlar üçün çox böyük şəraitlər yaratdığını bildirib. Dr. Nyuberi hesab edir ki, portal sahibkarlar üçün yeni imkanlar yaradaraq ixrac, logisitika, ödəniş və marketinq sahəsində xidmətlər təklif edir. Onun qənaətinə görə Azexport təcrübəsinin digər ölkələrdə öyrənilməsi məqsədə müvafiqdir. 

İngilis alimi həmçinin Azexportun Azərbaycan mallarını Böyük Britaniya bazarlarına çıxarılmasında xüsusi önəmini qeyd edib.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az