08 may 2017, 17:24

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “Azərbaycan İqtisadi İslahatlar İcmalı” adlı (Azerbaijan Economic Reforms Review) jurnalının növbəti buraxılışının onlayn yayımını həyata keçirib. Bu dəfəki Aprel buraxılışında oxucular:

İctimai iaşə fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydası;
Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydası;
“Banklar haqqında” Azərbaycan Respublikası qanununda dəyişikliklər;
Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafi ilə əlaqədar əlavə tədbirlər haqqında

mövzular ilə ətraflı tanış ola bilərlər. Qeyd edək ki, 3 dildə nəşr olunan jurnalın auditoriya kütləsi həm yerli, həm xarici sahibkarlara, eyni zamanda biznes dairələrinə, akademik qurumlara, təhsil müəssisələrinə ünvanlanmaqdadır.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az