05 noyabr 2022, 10:41

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlı Estoniyanın səhiyyə sahəsi üzrə nümayəndə heyətini qəbul etmişdir. Görüşdə Avropa İttifaqı, Estoniya və Azərbaycanda səhiyyə sistemində aparılan islahatlarla bağlı fikir mübadiləsi olmuşdur. Qeyd edilmişdir ki, səhiyyə sistemi insan kapitalının inkişafı üçün vacibdir. Səhiyyə sahəsində rəqəmsallaşdırma, innovasiyaların tətbiqi və idarəetmənin təkmilləşdirilməsi mövzularında müzakirələr aparılmışdır. Müzakirələrdə Estoniya Cərrahiyə Assosiasiyasının prezidenti Jüri Teras, Estoniya Nüvə Tibb Mərkəzinin rəhbəri Sergei Nazarenko, Estoniya Xərçəng Araşdırma Səlahiyyətləri Mərkəzinin rəhbəri Riin Ehin və digər rəsmilər iştirak etmişlər.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az