Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Səhiyyə sistemi ”işçi qrupunun video-konfrans formatında növbəti iclası keçirilib. İclasda səhiyyə sahəsində ölüm səbəbləri, ölüm səbəbləri üzrə statistik göstəricilərin təhlili aparılıb, həmçinin Ailə Sağlamlıq Mərkəzlərinin, tibb məntəqələrinin fəaliyyəti, bu sahə üzrə yeniliklər və irəliləyişlər barədə məlumatlar verilib. Eyni zamanda qurumlar tərəfindən əvvəlki iclasın yekunu üzrə verilmiş tapşırıqlara dair məlumatlar dinlənilib.
Sonda 2026-cı il üzrə Fəaliyyət Planına dair təkliflər müzakirə edilib və növbəti iclas üçün qrup üzvlərinə tapşırıqlar müəyyənləşdirilib.
Qeyd edək ki, iclasda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzini (İİTKM) Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri Gültac Əhmədzadə-Tapdıqzadə təmsil edib.