İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan anım tədbiri keçirilib. İİTMK-in icraçı direktoru Vüsal Qasımlı bildirib ki, 1990 – cı ilin 20 yanvar tarixi xalqımızın qəhrəmanlıq tarixinin ən parlaq səhifəsidir. Bu gecə Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda ayağa qalxmış dinc insanları Sovet imperiyasının silahlı birləşmələri yatırtmağa çalışdı. Nəticədə uşaqlar və yaşlılar da olmaqla yüzlərlə günahsız insan qətlə yetirilib. Bildirilib ki, 20 Yanvar hadisələrinə hüquqi və siyasi qiymət Heydər Əliyev yenidən hakimiyyətə qayıdandan sonra verilib. Həmin tarixdən etibarən faciənin bütün dünyaya tanıdılması istiqamətində işlər görülüb. Hazırda Prezident İlham Əliyev də bu siyasəti davam etdirir. Hər il tarixin xatırlanması üçün miqyaslı tədbirlər həyata keçirilir.
Allah bütün şəhidlərə rəhmət eləsin!