12 aprel 2017, 17:52

Türkiyənin nüfuzlu Hurriyət qəzeti Dünya Kiçik və Orta Sahibkarlıq Forumunun (Dünya SME Forumu) Azexportla əməkdaşlığından yazıb. Belə ki, Dünya SME Forumunun icraçı direktoru Tunc Uyanıkın müsahibəsi əsasında hazırlanan xəbərdə bildirlir ki, Dünya Kiçik və Orta Sahibkarlıq Forumu Azərbaycan, Türkiyə və Gürcüstanla birlikdə vahid elektron satış platforması yaradacaq.

  Qeyd edək ki, İqtsadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Dünya Dünya SME Forumu ilə əməkdaşlıq haqqında razılığa bir müddət əvvəl Forumun nümayəndə heyətinin Bakıya səfəri zamanı əldə etmişdi. Həmin vaxt Dünya SME Forumun icraçı direktoru Tunc Uyanık İİTKM ilə əməkdaşlığa dair öz təkliflərini təqdim etmişdi. Həmçinin Azexport portalının təcrübəsinin öyrənilməsi haqqında da razılıq əldə edilmişdi.

 İİTKM və Dünya SME Forumu həm də Azərbaycanın Rəqəmsal Ticarət Qovşağına çevrilməsi istiqamətində birgə əməkdaşlıq edəcəklər.

http://www.hurriyet.com.tr/dunyanin-kobisi-birlesiyor-40422233?utm_source=t.co&utm_medium=post&utm_campaign=ekonomi_xmlfeed


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az