Prezident İlham Əliyevin ölkədə şəkər çuğunduru istehsalının stimullaşdırılması məqsədi ilə imzaladığı Fərmana əsasən şəkər çuğundurunun emalı ilə məşğul olan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslərə təhvil verilmiş şəkər çuğundurunun hər tonuna görə onun istehsalçılarına 4 manat məbləğində subsidiya ödəniləcək.
Kənd təsərrüfatı məhsulları istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına verilən yardım 2017-ci ildən şəkər çuğunduru əkinlərinə şamil edilməyəcək.
Fərmanla Nazirlər Kabinetinə şəkər çuğundurunun emalı ilə məşğul olan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslərə təhvil verilmiş şəkər çuğundurunun hər tonuna görə onun istehsalçılarına subsidiya verilməsi qaydasını Azərbaycan prezidenti ilə razılaşdırmaqla iki ay müddətində müəyyən etmək tapşırılıb. Maliyyə Nazirliyi isə Fərmana əsasən görüləcək işlərin maliyyələşməsini təmin edəcək
http://iqtisadiislahat.org/store//media/documents/fermanlar/2017/