İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Pərvin Məmmədzadənin “Qarabağda alternativ enerji inkişafının iqtisadi təhlili” mövzusunda hazırladığı məqalə “Scopus” beynəlxalq məlumat bazasına daxil olan “E3S Web Conference” jurnalında nəşr olunub.
Məqalədə Qarabağda əlverişli sosial-iqtisadi şəraitin yaradılması və dəstəklənməsi üçün dövlət planlarının həyata keçirilməsi yolu ilə alternativ enerjinin inkişafında investisiyaların stimullaşdırılması məsələləri və əsas imkanlar əhatə olunub. Alternativ enerji mənbələri üzrə olan layihələrinin uzunömürlülüyünü nəzərə alaraq, siyasi və iqtisadi maraqların qanunla qorunması son dərəcə vacibdir və nəzəri tərəfindən aktualdır.
Sözügedən məqalə xarici alimlər tarəfindən marağla qəbul edilib və müzakirə olunub.
Məqalə ilə təqdim olunan link vasitəsilə tanış ola bilərsiniz: