15 iyul 2021, 09:45

“Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmtəə bazarının səmərəliliyi və rəqabət işçi qrupunun 2021-ci il üçün Fəaliyyət Planı”na uyğun olaraq İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin dəstəyi ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən dövlət müəssisə və təşkilatlarının satınalmalara məsul nümayəndələrinin iştirakı ilə onlayn görüş keçirilib. Görüşdə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişikliklər iştirakçıların nəzərinə çatdırılıb.

Qeyd edək ki, qanunvericilikdə edilmiş dəyişikliklər əsasən malgöndərənlərin (podratçıların) ixtisas uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi, elektron satınalma, satınalma metodlarının razılaşdırılması, tender komissiyası, tenderdə iştirak haqqı, təkliflərin açılışı, təklifin kənarlaşdırılması, təkliflərin qiymətləndirilməsi, icazələrin (razılıqların) alınması və işə başlama bildirişi, müqavilənin yuxarı orqan tərəfindən təsdiq edilməsi, satınalma müqaviləsinin yerinə yetirilməsi təminatının müddəti, təhvil-təslim aktlarının qəbulu, təkliflər sorğusu, elektron satınalma elanı (dəvəti), müqavilənin şərtlərinin dəyişdirilməsi istiqamətlərində aparılıb.

70-dən artıq iştirakçının olduğu görüşdə iştirakçıların suallarına İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi ətraflı cavab verib.

Qanunvericilikdə baş vermiş dəyişikliklərlə əlavə olunmuş islahat icmalının xüsusi buraxılışında buradan tanış ola bilərsiniz:

 

https://bit.ly/36AGLWm


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az