10 oktyabr 2025, 09:50

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən hazırlanan “Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası” layihəsi çərçivəsində Nazirlər Kabinetinin Sərəncamı ilə yaradılmış “Ekoloji məsələlər” üzrə Alt İşçi qrupun növbəti iclası keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyində aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə keçirilən iclasda ətraf mühitin mühafizəsi sahəsində 2027-2030-cu illərdə həyata keçirilməsi nəzərdə tutulan islahatlar, strateji fəaliyyət istiqamətləri, əsas prioritetlər və hədəflər müzakirə olunub.

İclasda iştirak edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktorunun müavini Ramil Hüseyn layihə ilə bağlı müvafiq təkliflərlə çıxış edib.

 


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az