İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının əmri ilə qurumun Monitorinq və qiymətləndirmə şöbəsinin Sosial-iqtisadi proqramların monitorinqi sektorunun müdiri vəzifəsini icra edən Əbdülrəhim Dadaşov Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini təyin olunub.
V.Qasımlının digər əmri ilə Monitorinq və qiymətləndirmə şöbəsinin Sosial-iqtisadi proqramların monitorinqi sektorunun baş məsləhətçisi Gültac Əhmədzadə-Tapdıqzadəyə həmin sektorun müdiri vəzifəsinin icrası həvalə olunub.