Biznes mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Daxili İşlər Nazirliyinin rəhbərlik etdiyi “Risklərin təhlili” işçi qrupunun 2025-ci il üçün Fəaliyyət Planı üzrə onlayn formatda ilk iclası keçirilib.
“Risklərin təhlili” işçi qrupunun rəhbəri, daxili işlər nazirinin müavini İsmət Əliyevin iştirakı ilə keçirilən iclasda İşçi Qrupun 2025-ci il üçün Fəaliyyət Planının 2-ci bəndinə əsasən, ekoloji risklərin – biomüxtəlifliyin itirilməsi və ekosistemin dağılması məsələləri müzakirə olunub, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirliklərinin, eləcə də Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin mütəxəssislərinin fikirləri səsləndirilib.
İclasın yekununda İşçi qrupunun üzvlərinin təkliflərinin ümumiləşdirilərək Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyaya təqdim olunması qərara alınıb.