07 iyul 2021, 11:46

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlı və Mərkəzin Layihələr Departamentinin rəhbəri Vüsalə Cəfərovanın “Xammal ixrac edən iqtisadiyyatda real effektiv məzənnənin tarazlığı: Azərbaycan təcrübəsi" mövzusunda birgə hazırladıqları məqalə beynəlxalq  “Science, Technologies, Innovations” jurnalında nəşr olunub.  Məqalədə neftlə zəngin iqtisadiyyatlarda real effektiv məzənnənin tarazlığı və Azərbaycan nümunəsində pul siyasətinin adekvatlığı məsələləri əhatə olunub. Real effektiv məzənnənin tarazlığı regresiya əsaslı modeldə qiymətləndirilərək, son iyirmi ildə Azərbaycanın xarici ticarət balansı və məzənnə tarazlığından kənarlaşmalar təhlil edilib. Müəlliflər real effektiv məzənnənin tarazlığını elmi prinsiplərə əsaslanan metodoloji yanaşma tətbiqi ilə təhlil edərək, devalvasiyadan bir neçə il sonra Azərbaycanın milli valyutasının qiymələndirilməsinə dair hesablamalar təqdim ediblər.

Məqalə ilə təqdim olunan link vasitəsilə tanış ola bilərsiniz:

 https://bit.ly/3AC9kAv


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az