14 iyun 2019, 15:52

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Layihələr departamentinin rəhbəri Rəşad Hüseynov İndoneziya Respublikasının Cakarta şəhərində Asiya İnkişaf Bankı (ADB) və İslam İnkişaf Bankının birgə təşkil etdiyi “İqtisadi qloballaşma statistikası və dəyər zənciri üzrə regional konfrans”da Azərbaycanı təmsil edib.

Departament rəhbəri Rəşad Hüseynov Azərbaycanda “Turizm sektorunun inkişafının iqtisadi diversifikasiyaya və iqtisadi artıma təsirləri” mövzusunda təqdimatla çıxış edib.

Qeyd edək ki, konfransda Asiya ölkələrindən olan hökumət üzvləri, beyin mərkəzlərinin, universitet və özəl sektorun nümayəndələri də iştirak edir.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az