05 noyabr 2016, 10:41

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) İcraçı direktoru Vüsal Qasımlı Dünya Bankının özəl sektor üzrə baş mütəxəssisi Melissa Rekas Metsi qəbul etmişdir. Görüşdə sənaye sahələrinin inkişafı, diversifikasiya və qlobal dəyər zəncirinə inteqrasiya mövzularında müzakirələr aparılmışdır.

 

Qeyd etmək lazımdır ki, Beynəlxalq iqtisadi reytinqlərdə ölkə üzrə göstəricilərin yüksəldilməsi məqsədi ilə Doing Business Hesabatının yenilənməsi üzrə Dünya Bankı (DB) və Beynəlxalq Maliyyə  Korposasiyasının (İFC)  biznes mühiti, investisiyaların cəlb edilməsi və qorunması üzrə missiyası 5-9 Sentyabr 2016-cı il tarixlərində Bakıda səfərdə olacaqlar. İİTKM-dən sonra missiyanın həftə ərzində bir sıra digər görüşləri də planlaşdırılır.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az