29 aprel 2019, 17:52

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin EnterpriseAzerbaijan portalı ADA universitetində "Biznesə necə başlamalı, iqtisadi və hüquqi əsaslar" mövzusunda startap təlimi keçirib. Təlim zamanı tələbələrə, yeni ideya və layihələr həyata keçirmək istəyən startapçılara, o cümlədən kiçik və mikro sahibkarlara biznesə başlamanın hüquqi və praktiki tərəfi haqqında ətraflı məlumatlar təqdim edilib, onları maraqlandıran suallar cavablandırılıb. Həmçinin, təlimin iştirakçılarına EnterpriseAzerbaijan və Azexport Platformalarının təqdim etdiyi geniş imkanlar və xidmətlər barədə ətraflı danışılıb.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az