Bu gün Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) yaradılmasından 3 il ötür. İİTKM Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2016-cı il 20 aprel tarixli Fərmanı ilə yaradılıb. Mərkəz hazırda Azexport portalı, EnterpriseAzerbaijan portalı, Azranking.az portalı, Rəqəmsal Ticarət Qovşağı, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin fəaliyyətini təmin edir. Həmçinin Strateji Yol Xəritələrinin və digər dövlət proqramlarının monitorinq və qiymətləndirilməsini həyata keçirir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı Prezidentin göstərişi ilə yaradılan komissiyanın fəaliyyətində yaxından iştirak edir. İİTKM “İxrac İcmalı” və “İslahat icmalı”nın aylıq dərcini də həyata keçirir.