03 aprel 2019, 17:52

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı Sumqayıt Dövlət Universitetində “Sosial rifah və ədalət prinsipi dövlət siyasətinin strateji xəttidir” mövzusunda dəyirmi masada məruzə ilə çıxış edib. Vüsal Qasımlı bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə qurulan yeni iqtisadi model, yeni iqtisadi kurs və inkişaf tsikli ölkəmizin cəmi bir neçə il ərzində nəzərdə tutduğu hədəflərə çatması ilə nəticələnib: “Hazırda Azərbaycan iqtisadi inkişaf tsiklinin yüksəliş fazasındadır.” “Sosial rifah və ədalət prinsipi dövlət siyasətinin strateji xəttidir” mövzusunda dəyirmi masada həmçinin Sumqayıt Dövlət Universitetinin rektoru Elxan Hüseynov, millət vəkilləri Tahir Mirkişili, Rüfət Quliyev, Aydın Hüseynov, Əli Məsimli, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyətinin sədri Vüqar Bayramov, Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə kafedrasının dekanı Aynurə Yəhyayeva çıxışlar ediblər.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az