16 avqust 2016, 15:35

Azərbaycan Respublikası Prezidentinin İqtisadi İslahatlar üzrə Köməkçisinin Xidməti və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Azərbaycanda aparılan davamlı iqtisadi islahatlara dair ictimai rəyi və yeni islahat təklifləri ilə bağlı fikirləri öyrənmək üçün on-line qaydada sorğuları davam etdirir. Bu dəfəki sorğuda aşağıdakı mövzuya dair təklif verilməsi xahiş olunur:

 "Kiçik və orta sahibkarlığın inkişafı üçün hansı təklifləri verərdiniz?"

Mülkiyyət növündən və təşkilatı-hüquqi formasından asılı olmayaraq bütün hüquqi şəxslər, fərdi sahibkarlar və vətəndaşlar sorğuda fəal iştirak etməyə dəvət edilir. Təklifləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin internet saytında aşağıdakı link vasitəsilə çatdırmaq mümkündür: http://iqtisadiislahat.org/online-application


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az