15 mart 2019, 17:52

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin www.enterpriseazerbaijan.com portalı növbəti startap təlimini Azərbaycan Memarlıq və İnşaat Universitetində keçirib. Təlim zamanı “EnterpriseAzerbaijan” portalının meneceri Aytən Məmmədova, Azexport portalının rəhbəri Zaur Qardaşov, Vergilər Nazirliyinin nümayəndəsi Hacı Qasımov gənc tələbələrə, startapçılara biznesə başlamaq üçün lazım olan bütün prosedurlar barədə ətraflı məlumatlar təqdim ediblər.
Qeyd edək ki, EnterpriseAzerbaijan.com portalı ölkəmizin universitetlərində tələbələrlə görüşərək biznesə başlama və startap barədə maarifləndirici tədbirlər keçirir.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az