Bakı Mühəndislik Universiteti Texnoparkının direktoru İsa Qasımov tələbələrə təlimin mahiyyəti barədə danışıb, ardınca “EnterpriseAzerbaijan” portalının meneceri Aytən Məmmədova, Vergilər Nazirliyinin nümayəndəsi Hacı Qasımov, Azexport portalının meneceri Ayxan Qədəşov gənc tələbələrə, startapçılara biznesə başlamaq üçün lazım olan bütün prosedurlar barədə ətraflı məlumatlar təqdim ediblər. Daha sonra “EnterpriseAzerbaijan” portalının əməkdaşlıq etdiyi British Councilin “Creative Spark” layihəsinin meneceri Oruc Dursunzadə layihənin əsas məqsədi barədə danışıb. O bildirib ki, gənclər arasında innovativ sahibkarlığın inkişaf etdirilməsi istiqamətində önəmli işlər görülür. Sonda “EnterpriseAzerbaijan” portalının meneceri Aytən Məmmədova gənc startapçı Nərmin Fərzəliyevanın təlim müddətində hazırladığı yeni rəsmini təqdim edib. Qeyd edək ki, EnterpriseAzerbaijan.com portalı ölkəmizin universitetlərində tələbələrlə görüşərək biznesə başlama və startap barədə maarifləndirici tədbirlər keçirir.