Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azexport.az portalı “İnternational Trade Centre” (İTC) ilə birgə “Elektron Ticarət” və “İxrac prosedurları” üzrə təlimlərin II mərhələsini həyata keçirib.
Təlimlər İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin və İTC-nin ekspertləri Mohamed Es Fih və Eldar Adilzadə tərəfindən aparılıb. Təlim zamanı iştirakçılara malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi üzrə proseduralar barədə ətraflı məlumatlar təqdim olunub.
İki gün davam edən təlimdə müxtəlif qruplarla 50 dən artıq şirkət nümayəndələri və sahə üzrə təhsil alan tələbələr iştirak edib. Sonda iştirakçılara sertifikatlar təqdim olunub.
Qeyd edək ki, Azexport portalı daxil olan sifarişlərin idarə edilməsi və sahibkarların elektron ticarət biliklərinin artırılması məqsədi ilə müntəzəm olaraq təlimlər təşkil edir.