Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin analitiki Nərmin Kazımlı tikinti obyektlərinin tikintisinə və istismarına icazənin alınması üzrə elektron müraciət sisteminin təqdimetmə mərasimində çıxış edib. O bildirib ki, yeni təqdim olunan elektron müraciət sistemi sahibkarlığın inkişafı və əlverişli biznes mühitinin yaradılması sahəsində mühüm tədbirdir. Təqdimat mərasimi zamanı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı video çarx da nümayiş olunub.