29 iyul 2016, 10:35

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Milli İqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri” sənədi çərçivəsində “Logistika və Ticarət” mövzusunda alt işçi qrupun toplantısı keçirilib.

Toplantıda Prezident Administrasiyası, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, dövlət orqanları, özəl şirkətlər və akademik dairələrin nümayəndələri iştirak ediblər.

Qeyd edilib ki, logistika və ticarət sahəsində strateji baxış  rəqabət, iqtisadi təhlükəsizlik və sosial məsələləri əhatə etməlidir. Bu sahənin ÜDM-ə təsiri və yeni iş yerlərinin yaradılması ilə bağlı töhfəsi vurğulanıb. Strateji yol xəitəsində Şərq-Qərb və Şimal-Cənub dəhlizləri çərçivəsində həyata keçirilə bilən təşəbbüslər müzakirə edilib. Xüsusilə, yol xərclərinin azalması, vaxt itkisinin qarşısının alınması, etibarlılığın yüksəldilməsi və əlavə dəyərin yaradılması ilə bağlı təkliflər səsləndirilmişdir.

Yekunda bütün təkliflər sistemləşdirilərək “Milli İqtisadiyyat və İqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri” sənədi üzrə İşçi qrupa təqdim olunacaqdır.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az