29 yanvar 2019, 17:52

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu Rəqəmsal Ticarət Qovşağı Ukraynanın Xarkov şəhərində təqdim olunub. Təqdimatı İİTKM-in nümayəndəsi Elnur Əliyev Ukraynanın Xarkov şəhərində yerləşən fəxri konsulluqda edib. Həmin şəhərdə yaşayan soydaşlarımızla görüş zamanı Azərbaycanın dünya tarixində ilk dəfə olaraq qeyri-rezidentə mobil imza, eyni zamanda Estoniyadan sonra xaricilərə e-rezidentlik təqdim edən ikinci ölkə olması barədə ətraflı məlumatlar verilib. Bildirilib ki, dövlət başçısının tapşırığı ilə yaradılan “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi, Azexport.az və EnterpriseAzerbaycan.com portalları Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafına geniş töhfə verir.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az