22 iyun 2017, 14:44

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Beynəlxalq Maliyyə Korporasiyasının (İFC) və İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin nümayəndələrini qəbul edib. Görüşdə İFC-nin maliyyə sektoru üzrə baş mütəxəssisləri Fernando Dancausa, Collen Mascenik, hüquqşünas Gordon Jonhson , maliyyə sektoru üzrə baş mütəxəssis Angela Prigozhina, İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin Cənubi Qafqaz üzrə Direktor müavini Simone Haeberli, iştirak ediblər. Müzakirələr zamanı əsasən müvafiq dövlət qurumlarının dəstəyi ilə maliyyə sektorunda sabitliyin bərpa olunması, ev təsərrüfatlarında maliyyə dayanıqlılığı təmin etmə imkanları haqqında danışılıb. Xüsusilə qeyd olunub ki, strateji yol xəritələri maliyyə-bank dayanıqlılığının gücləndirilməsində mühüm rol oynayacaq.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az