17 fevral 2017, 17:52

Hindistanın “Global South Development Magazine” nəşrinin tədqiqatçısı Hriday Sarma İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində araşdırmalara başlayıb. “Qonaq Elmi İşçilərin Mübadiləsi Proqramı” çərçivəsində Hriday Sarma “Şimal-Cənub Nəqliyyat Dəhlizinin İnkişafı və Azərbaycan” mövzusunda elmi araşdırmaların aparılmasını həyata keçirəcək.

Ölkə iqtisadiyyatında əldə edilmiş uğurların xarici ölkələrdə təbliğini təmin etmək işində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin və Azərbaycan Beynəlxalq İnkişaf Agentliyinin fəaliyyətinə dəstək verəcək tədqiqatın aparılması məqsədilə hindistanlı mütəxəssis dövlət qurumlarında da müzakirələr aparır.

Hriday Sarma buna qədər Finlandiya, Brüssel, İsrail və Hindistanın bir neçə beyin mərkəzlərində araşdırmalar aparıb. 


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az