Azexport.az Azərbaycan məhsullarının xarici bazarlara təşviqi üçün bu gün ən səmərəli üsul olan özünün əməkdaşlıq etdiyi xarici portallar şəbəkəsini genişləndirir. Artıq sahibkarların Azexport.az portalında yerləşdirdikləri kənd təsərrüfatı və qida məhsulları Rusiyada və MDB məkanında geniş professional alıcı auditoriyasına malik olan АгроСервер.ру portalında da nümayiş etdiriləcək. Qeyd edək ki, АгроСервер.ру MDB ölkələri ilə yanaşı Avropanın da kənd təssərüfatı, qida və emal sənayesi məhsullarının B2B formatda satışını həyata keçirmək üçün daha bir əlverişli platformadı. Portal birbaşa satışların həyata keçirilməsilə yanaşı, xarici bazarlara dair önəmli marketinq-informasiya məlumatlarının da əldə edilməsinə imkan verəcək. Portalın günlük unikal ziyarətçi sayı 100 mindən artıqdır.