07 fevral 2017, 17:52

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Asiya İnkişaf Bankının (AİB) nümayəndələrini qəbul edib. Görüşdə layihə direktoru Kayvon Adhami, komanda lideri İlka Levinqton, maliyyə eksperti Lan Ritchi  iştirak edib. Müzakirələr zamanı Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında uzun illər uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulanıb. Bildirilib ki, indiyə qədər icra olunan layihələr ölkəmizin iqtisadi inkişafı, o cümlədən müasir infrastrukturun yaradılması işinə önəmli  töhfə verib. İİTKM-nin icraçı direktoru Vüsal Qasımlı Azərbaycan ilə beynəlxalq maliyyə qurumları, o cümlədən Asiya İnkişaf Bankı arasında uğurlu əməkdaşlığın önəmini bildirilib. O həmçinin qonaqlara Strateji Yol Xəritəsi barədə geniş məlumat verib

 Daha sonra əməkdaşlığın konkret perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az