01 fevral 2017, 17:52

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Azexport.az portalından istifadə və ixrac imkanlarının təşviqi ilə bağlı yerli icra hakimiyyətlərində görüşlərini davam etdirir. Bu günkü görüşlər Səbail və Qaradağ Rayon İcra Hakimiyyətlərinin təşkilatçılığı ilə keçirilib. Azexport.az portalının rəhbəri Zaur Qardaşov sahibkarlara Azərbaycanda istehsal olunan yerli məhsulların vahid məlumat bazasının imkanları barədə məlumat verib. Bildirək ki, Azexport.az portalına beş mindən artıq yerli məhsul daxil edilib. Görüş zamanı sahibkarlara məhsul və xidmətlər haqqında məlumatların portala daxil edilmə yolları izah edildikdən sonra iş adamlarının sualları cavablandırılıb. Qeyd edək ki, Azexport.az komandası yerli icra hakimiyyətləri ilə görüşləri davam etdirəcək. Həftəsonları bölgələrə də səfərlər ediləcək.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az