İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) BMT-nin İnkişaf Agentliyi (BMTİP) ilə əməkdaşlığı çərçivəsində Proqramın eksperti Bahodir Eşonov İİTKM-də fəaliyyətə başlayıb. Ekspert İqtisadi İslahatların Təhlili və Kommunikasi Mərkəzinin mütəxəssiləri ilə görüşərək, qurumla yaxından tanış olacaq, həmçinin bir neçə istiqamət üzrə İİTKM-ə BMTİP –nin mümkün dəstəyini müzakirə edəcək. Bu görüşlər zamanı əsasən, beyin mərkəzlərinin idarə olunması, Strateji Yol Xəritələrinin monitorinqi, Azexport.az resursunun inkişaf perspektivləri, beynəlxalq beyin mərkəzləri ilə əməkdaşlıq və yeni tədqiqat istiqamətlərinə toxunulacaq.