Prezident İlham Əliyev yanvarın 18-də Davosda “Microsoft” şirkətinin ümumdünya dövlət qurumları ilə əlaqələr üzrə korporativ vitse-prezidenti xanım Toni Tauns-Vitley ilə görüşüb.
Görüşdə Azərbaycanda inkişafın yeni mərhələsində həyata keçirilən iqtisadi islahatlardan danışılıb, informasiya-kommunikasiya texnologiyalarının tərəqqisinin prioritet sahələrdən biri olduğu bildirilib. Milli iqtisadiyyatın modernləşdirilməsində informasiya-kommunikasiya texnologiyalarından istifadənin əhəmiyyətli olduğu qeyd edilib.
Söhbət zamanı Azərbaycan ilə “Microsoft” şirkəti arasında əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.