28 dekabr 2016, 17:52

 Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 2017-ci il dövlət büdcəsi haqqında qanunu təsdiqləyib.  Dövlət başçısının imzaladığı Fərmana əsasən Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin gəlirləri 16 milyard 255 milyon manat, xərcləri 16 milyard 900 milyon manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 15 milyard 634 milyon 706,0 min manat, yerli gəlirləri 620 milyon 294,0 min manat, mərkəzləşdirilmiş xərcləri 16 milyard 211 milyon 286,0 min manat, yerli xərcləri 688 milyon 714,0 min manat) məbləğində təsdiq edilib.

 


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az