21 dekabr 2016, 17:52

 İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi yerli icra hakimiyyətinin nümayəndələrinə, Azexport.az portalından istifadə qaydaları barədə təlim keçirib. Respublikanın şəhər və rayonlarında gələn yerli icra  hakimiyyəti nümayəndələrinə portalın texniki imkanları və məlumatların daxil edilməsi ilə bağlı ətraflı məlumat verilib. Portalın hazırlanmasında məsul olan icraçı şirkətin təmsilçiləri porsesslə bağlı yaranmış sualları cavablandırıblar. 

 Növbəti mərhələdə portaldan istifadə və ixrac imkanlarının təşviqi ilə bağlı yerli icra hakimiyyətlərində görüşlər keçirmək məqsədi ilə bölgələrə səfərlər təşkil olunacaq. 


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az