İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) ilk Təcrübə proqramında iştirak etmək üçün şans qazanan gənclərlə görüş keçirilib. Görüşün təşkil olunmasında məqsəd yeni fəaliyyətə başlayan təcrübəçilərlə İİTKM-nin kollektivini tanış etmək olub. Təqdimatda İİTKM-nin kollektivi ilə yanaşı 20-dən artıq təcrübəçi iştirak edib. İİTKM-nin icraçı direktoru Vüsal Qasımlı təcrübəçilərlə tanış olaraq, onların görməli olduqları işlərdən danışıb və tapşırıqlar verib. O bildirib ki, bu təcrübə proqramı gənclərin gələcək karyeralarında müsbət həll rolunu oynayacaq və bu proses insan kapitalının inkişafına dəstəkdir.
Qeyd edək ki, təcrübə proqramının sonunda gənclərə xüsusi sertifikatlar təqdim olunacaq.