İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin mütəxəssisi, Azərbaycan Respublikasında istehsal olunan mallar və həmin malların istehsalçıları barədə məlumatları əks etdirəcək İnternet portalın rəhbəri Zaur Qardaşov Taylandın Bankok şəhərində
keçirilən seminarda Azərbaycanı təmsil edib. UNESCAP-da ölkə koordinatoru olan Zaur Qardaşov seminar çərçivəsində Azərbaycanda investiya mühitinin inkişafina dair təqdimatla çıxış edib. Qeyd edək ki, seminar BMT Asiya və Sakit Okean Regionu üzrə Komissiyasının (UNESCAP) təşkilatçılığı ilə Xarici İnvestisiyaların Qarşılıqlı Qorunması haqqında Sazişlər və Davamlı İnkişaf mövzusunda olub. Tədbir çərçivəsində Asiya və Sakit Okean Regionunun Birbaşa Xarici İnvestisiyalar (BXİ) şəbəkəsinin 6-cı növbəti illik toplantısı keçirilib.