30 noyabr 2016, 17:52

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Keçid iqtisadiyyatlı ölkələrdə makroiqtisadi stabilləşmə və iqtisadi artım” mövzusunda keçirilmiş treninqdə iştirak edən dövlət strukturlarının nümayəndələrinə sertifikatlar təqdim edilib. Təlim BMT-nin İnkişaf Proqramının (UNDP) İİTKM-də çalışan qonaq eksperti Ben Sley tərəfindən dövlət qurumlarında çalışan əməkdaşlarının müqayisəli şəkildə ən yaxşı yanaşmanın seçilməsinə dəstək olmaq məqsədi ilə təşkil olunub. Sertifikatları İİTKM-nin Konsaltinq və Treninq Koordinatoru Kamil Ələsgərov təqdim edib.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az