07 avqust 2025, 12:53

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Enterprise Azerbaijan" portalı və ABŞ-ın Nevada Universitetinin (University of Nevada, Reno) Özmen Sahibkarlıq Mərkəzi (Ozmen Center for Entrepreneurship) tərəfindən birgə həyata keçirilən “Startup School 3” layihəsi çərçivəsində “Yaşıl və Rəqəmsal İpək Yolu” beynəlxalq akselerasiya proqramında onlayn təlimlər davam edir.

Proqramın ikinci təlim sessiyası “Yaşıl iqtisadiyyat və təsirli startap” mövzusuna həsr olunub və Maltada fəaliyyət göstərən “A8” Akselerasiya Mərkəzinin Layihələr və ekosistem üzrə rəhbəri Gonca Kara tərəfindən təqdim edilib.

Birinci sessiyada Gonca Kara yaşıl iqtisadiyyatın əsas xüsusiyyətləri və formalaşdırdığı dəyərlər barədə ətraflı məlumat verib. O, bu sahənin startaplar üçün hansı yeni ehtiyac və imkanlar yaratdığını konkret nümunələr əsasında izah edib. İkinci sessiyada isə yaşıl iqtisadiyyat istiqamətində həllər təklif edən startapların inkişaf imkanları, qlobal yanaşmalar və metodoloji-texniki yanaşmalar təqdim olunub. Sessiya zamanı Gonca Kara startapçıların çoxsaylı suallarını da cavablandırıb.

Beləliklə, Gonca Karanın təqdimatında keçirilən iki sessiyadan ibarət təlim mərhələsi uğurla başa çatıb. Proqramın növbəti mərhələsində isə startapların ehtiyac və prioritetlərinə uyğun olaraq Gonca xanım tərəfindən mentorluq dəstəyi təqdim olunacaq.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az