17 iyul 2025, 11:13

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktorunun müşaviri Təranə Salıfova ADA Universitetində keçirilən “Azərbaycanda məcburi köçkünlərlə bağlı məlumatların idarə edilməsi” mövzusunda tədqiqat nəticələrinə dair təqdimatda iştirak edib.

Tədbirdə 2021-ci, 2023-cü və 2024-cü illər ərzində xüsusi tədqiqat qrupu tərəfindən işğaldan azad olunmuş ərazilərə qayıdışla əlaqədar həyata keçirilmiş sorğular və fokus-qrup nəticələri müzakirə edilib.

Təranə Salıfova görüşdə “Böyük Qayıdış” Portalı, onun funksionallıqları barədə məlumat verib. O, aparılmış tədqiqat nəticələrinin koordinasiyalı şəkildə praktiki icrası, məcburi köçkünlərlə bağlı data bazanın yaradılması və idarə olunması ilə bağlı təkliflərlə çıxış edib. Həmçinin tədqiqat nəticələrinin Böyük Qayıdışa dair II Dövlət Proqramında nəzərə alınmasının effektivliyini vurğulayıb.

Tədbirdə Prezidentin Xüsusi Nümayəndəlikləri, mərkəzi icra hakimiyyəti orqanları və elmi müəssisələri təmsil edən iştirakçılar dövlət qurumları arasında məlumatların idarə edilməsi sahəsində əməkdaşlıq mexanizmlərinin formalaşdırılması ilə bağlı müzakirələr aparıblar.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az