İqtisadi İslahatların Təhlili və Komunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı “Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi”nin (TÜİB) 6-cı ənənəvi yığıncağında açılış nitqi ilə çıxış edib.
Çıxışın əsas tezisləri:
- Türk Dövlətləri Təşkilatı dünya əhalisinin 2,8 faizini və dünya iqtisadiyyatının 1,8 faizini əhatə edir və iqtisadi inkişaf potensialı böyükdür;
- Türk Dövlətləri Təşkilatı iqtisadiyyatının həcminə görə dünyada ilk onluqdadır;
- Azərbaycan Türkiyəyə 20 milyard ABŞ dollarından çox, Türkiyə isə Azərbaycana 17 milyard ABŞ dolları sərmayə yatırıb;
- Azərbaycan və Türkiyənin birgə iqtisadiyyatı 1,2 trilyon ABŞ dolları, əhalisi 100 milyon nəfərə yaxındır;
- Azərbaycan və Türkiyənin ticarət və sərmayə qoyuluşlarını daha da təşviq etmək üçün potensial imkanları genişdir;
- Azərbaycan və Türkiyə gələcək onilliyin əsas paradiqması olan enerji və intellekt sahəsində əməkdaşlığını gücləndirməlidir.