İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlı Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UN ESCAP) Azərbaycan üzrə yerli koordinatoru təyin olunub. İİTKM-in Dövlət Gömrük Komitəsi ilə birgə Azərbaycan üzrə yerli koordinator olaraq çıxış etdiyi Komissiya 53 Üzv Dövlət və 9 müttəfiq üzvü olan ən böyük regional hökumətlərarası platforma hesab olunur. ESCAP-ın əsas funksiyası Asiya və Sakit Okean ölkələrinin inklüziv və davamlı inkişafının təmin olunması, eyni zamanda, sözügedən region ölkələri arasında iqtisadi və sosial əməkdaşlığın gücləndirilməsi, rəqəmsallaşmanın artırılması və transsərhəd əməliyyatlarının asanlaşdırılmasıdır. Komissiya tərəfindən hazırda “Transsərhəd kağızsız ticarətə Azərbaycanın hazırlıq dərəcəsinin yoxlanılması” layihəsi həyata keçirilir. İİTKM-in operatoru olduğu “Rəqəmsal Ticarət Qovşağı” (DTH) transsərhəd əməliyyatlarında rəqəmsallaşmanın təmin olunması və müvafiq infrastrukturun yaxşılaşdırılması baxımından layihənin həyata keçirilməsində aktiv iştirak edir.