13 may 2025, 10:35

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu "Enterprise Azerbaijan" portalının təşkilatçılığı ilə “Startup School 3” layihəsi çərçivəsində növbəti infosessiya Bakı Biznes Universitetində (BBU) baş tutub.

BBU-da formalaşmış startaplar, eləcə də startap fəaliyyətində maraqlı olan tələbələrin iştirakı ilə keçirilən görüşdə “Yaşıl və Rəqəmsal İpək Yolu” beynəlxalq akselerasiya proqramı haqqında geniş təqdimat olub. Görüş zamanı tələbələrin sualları cavablandırılıb, startapların inkişafı ilə bağlı tövsiyələr verilib.

“Yaşıl və Rəqəmsal İpək Yolu” beynəlxalq akselerasiya proqramı yerli və beynəlxalq innovasiya təşəbbüsləri ilə inteqrasiya olunaraq həyata keçirilir. İpək Yolu üzərində yerləşən ölkələrdən startapların qəbul olunduğu akselerasiya proqramına layihələrin qeydiyyatı cari ilin iyun ayının 1-ə kimi onlayn formada davam edir.

Aşağıdakı linkə daxil olmaqla qeydiyyatdan keçmək mümkündür.

https://forms.gle/rVLjPcTzNJ6X4Phg8


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az