20 iyun 2016, 11:55

Azərbaycan Respublikası Prezidentinin İqtisadi İslahatlar üzrə Köməkçisinin Xidməti və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Azərbaycanda aparılan davamlı iqtisadi islahatlara dair ictimai rəyi və yeni islahat təklifləri ilə bağlı fikirləri öyrənmək üçün on-line qaydada sorğu keçirir. İslahatların inklüzivliyini, əhatəliliyini və səmərəliliyini daha da artırmaq üçün ilk sorğuda aşağıdakı suala dair təkliflərin 10 gün müddətində verilməsi xahiş olunur: "Azərbaycan Respublikasının vergi qanunvericiliyində və inzibatçılığında hansı dəyişikliklərin edilməsini təklif edərdiniz?"
 
Mülkiyyət növündən və təşkilatı-hüquqi formasından asılı olmayaraq bütün hüquqi şəxslər, fərdi sahibkarlar və vətəndaşlar sorğuda fəal iştirak etməyə dəvət edilir. Təklifləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin internet saytında aşağıdakı link vasitəsilə çatdırmaq mümkündür:http://iqtisadiislahat.org/online-application


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az