İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalının təşkil etdiyi "Azexport Talks" layihəsində, ölkənin ilk kriptovalyutası olan “PortCoin” müzakirə edilib. Müzakirədə ilk olaraq “Portmanat” şirkətinin qurucusu və “PortCoin” layihəsinin müəllifi Telman Axundov spiker qismində çıxış edib. O, “PortCoin” layihəsinin yaranma zərurəti və layihənin yerli sahibkarlar, həmçinin fərdi istifadəçilər üçün təqdim etdiyi imkanlardan danışıb.
Müzakirə zamanı iştirakçıların beynəlxalq kriptovalyuta bazarındakı son trendlər, yeni rəqəmsal ödəniş sistemləri, blokçeyn texnologiyası və kibertəhlükəsizlik sahələrindəki yeniliklər barədə sualları cavablandırılıb.
Qeyd edək ki, “Azexport Talks” layihəsi çərçivəsində baş tutan görüşlər rəqəmsal ticarət sahəsini əhatə edən müxtəlif mövzularla davam etdiriləcək.