İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təsisçisi olduğu “İqtisadi islahatlar” elmi-analitik jurnalının 11-ci sayı işıq üzü görüb.
Jurnalın bu sayında aktual mövzulara həsr edilən Azərbaycan və ingilis dilində doqquz məqalə çap olunub. Məqalələr
“Azərbaycanda büdcə qaydalarının təhlili və fiskal dayanıqlılıq”
(https://journal.ereforms.org/az/article/116/2024-2-11) ,
“Azərbaycanda karbon ayaqizinin iqtisadi artıma təsirinin təhlili”
(https://journal.ereforms.org/az/article/119/2024-2-11),
“Strateji sənədlərin icra səviyyəsinin ölçülməsi metodları və onların aqrar siyasətin qiymətləndirilməsində tətbiqi”
(https://journal.ereforms.org/az/article/117/2024-2-11),
“Pul – kredit siyasətinin səmərəlilik göstəricilərinin iqtisadi inkişafa təsiri”
(https://journal.ereforms.org/az/article/120/2024-2-11),
“Azərbaycanda Xüsusi İqtisadi Zonaların ölkənin qeyri-neft sektorunda rolu”
(https://journal.ereforms.org/az/article/121/2024-2-11),
“Karbon dioksid (CO2) qazı emissiyaları ilə ticarətin “yaşıl iqtisadiyyat”ın inkişafına təsiri”
(https://journal.ereforms.org/az/article/123/2024-2-11),
“Azərbaycanda istehlakçıların halal sənaye məhsullarına münasibətinin qiymətləndirilməsi”
(https://journal.ereforms.org/az/article/118/2024-2-11),
“Qiymət Diskriminasiyası, Mənimsənilən Motivlər, Qiymət Ədalətliliyi Qavrayışı və Dəyişmə Xərclərinin İstehlakçı Davranışının Formalaşmasında Qarşılıqlı Əlaqəsi”
(https://journal.ereforms.org/az/article/122/2024-2-11),
“Xəzər dənizinin ekoloji problemlərinin həllində yaşıl texnologiyaların rolu”
(https://journal.ereforms.org/az/article/124/2024-2-11) mövzularını əhatə edib.
Onu da qeyd edək ki, 2024-cü ildən etibarən jurnal fəaliyyətini "online first publication" prinsipinə uyğun qurub və il ərzində iki dəfə (yanvar və iyul aylarında) kağız variantda oxuculara təqdim olunur.
Eyni zamanda, 2024-cü ildən etibarən jurnalda çap olunan məqalələr üçün Rəqəmsal Obyekt İdentifikatoru (DOI - Digital Object Identifier) alınmağa başlanılıb və məqalələrin RePEc (Research Papers in Economics) bazasına yerləşdirilməsi ilə bağlı iş aparılır.
Jurnalla tanış olmaq üçün keçid linki: https://journal.ereforms.org/az/journal/11/2024-2-11