14 yanvar 2021, 15:08

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) İslahat Könüllüləri Təşkilatı Azərbaycan Könüllü Təşkilatları İttifaqına (AKTİ) üzv seçilib.

Ölkəmizdə könüllülük fəaliyyətinin daha geniş vüsət alması və səmərəliyinin gücləndirilməsi məqsədilə təsis edilən Azərbaycan Könüllü Təşkilatları İttifaqına yeni üzvlərin qəbulu ilə bağlı iclas həyata keçirilib. Onlayn formatda keçirilən iclas zamanı İttifaqa üzv olmaq üçün müraciət edən təşkilatlar müvafiq könüllülük proqramları və öz fəaliyyətləri haqqında təqdimatlar həyata keçiriblər. Yekunda idarə heyəti tərəfindən keçirilən səsvermə əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İslahat Könüllüləri Təşkilatı iştirakçılar tərəfindən yekdilliklə AKTİ-yə  üzvü seçilib.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az