İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin 25 illiyi (1998-2023) yubiley medalı ilə təltif edilib.
Qeyd edək ki, medal Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) yaradılmasının 25-ci ildönümü münasibətilə Prezident İlham Əliyevin qərarı ilə təsis edilib. Yubiley medalı işğaldan azad edilən ərazilərdə, eləcə də regionda sülh və əmin-amanlığın bərpası və davamlı inkişafına müsbət töhfə verən ictimai-siyasi xadimlərə və dövlət məmurlarına təqdim olunur.